Pressa.az » Ölkə » “YAŞAT” Fondu şəhid övladları üçün Londonda yay məktəbi təşkil edib

“YAŞAT” Fondu şəhid övladları üçün Londonda yay məktəbi təşkil edib

15 iyul 2024, Bazar ertəsi, 10:35
“YAŞAT” Fondu şəhid övladları üçün Londonda yay məktəbi təşkil edib

“YAŞAT” Fondunun təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu və Azərbaycanın milli daşıyıcısı “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda ikinci "YAŞAT" yay məktəbi başlayıb.

Liderxeber.az xəbər verir ki, 13 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda düşərgə iştirakçıları yola düşüblər.

14 gün davam edəcək “YAŞAT” yay məktəbinin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, dil biliklərini və bacarıqlarını, artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.

13-27 iyul tarixini əhatə edən yay məktəbi London Universitet Kollecində (University College London – UCL)  keçirilir. Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərində, şəhər ekskursiyasında, tarixi abidələr və muzey gəzintisində iştirak edəcəklər. 

Yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 12 nəfəri əhatə edir.

Layihənin media dəstəkçisi :  ASAN Radio, ASAN TV