Ölkə başçısının Pakistana səfərinin ikitərəfli münasibələrə olan təsiri çox müsbət olacaq
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu günlərdə Pakistana etdiyi dövlət səfəri Azərbaycan və Pakistan arasında olan mövcud münasibətləri yeni səviyyəyə qaldırdı. Bu səfər iki qardaş ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, iki ölkə və xalqlarımız arasında olan tarixi və mədəni əlaqələr əsrlərdir mövcuddur. Bu münasibətlər müstəqillik illərindən bəri daha da güclənmiş, strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olmuşdur və Ermənistanın işğalçılıq siyasətinə qarşı Azərbaycanı daim dəstəkləmişdir. Səfər çərçivəsində keçirilən görüşlərdə Ölkə başçımız və Pakistanın yüksək səviyyəli rəsmiləri bütün sahələrdə qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparmışlar. BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda iki ölkə arasında olan etimad mühiti, qardaşlıq prinsiplərinə əsaslanan əlaqələr dünyada az analoqu olan münsibətlərdir. Cənab Prezidentin səfəri iqtisadi əlaqələrin gücləndirilməsi üçün də geniş imkanlar yaratdı.
Azərbaycan və Pakistan arasında müxtəlif sahələrdə, xüsusilə energetika, ticarət, nəqliyyat və informasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi üçün konkret layihələr və müqavilələr imzalanmışdır. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan neft və qaz sənayesindəki təcrübəsini Pakistan ilə paylaşmaq niyyətindədir və bu da Pakistanın enerji təhlükəsizliyinin təmin edilməsinə kömək edəcəkdir. İki ölkə arasında mədəni və təhsil sahələrində də sıx əməkdaşlıq mövcuddur. Səfər zamanı mədəniyyət və təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi barədə də razılıqlar əldə edilmişdir. Sözsüz ki, qəbul edilən qərarlar ölkələrimzlə yanaşı xalqlarımızın da bir-birinə daha möhkəm tellərlə bağlanmasına, mədəni əlaqələrinin güclənməsinə öz töhfəsini verəcəkdir. Bu səfər Azərbaycan və Pakistan arasındakı münasibətlərin daha da gücləndirilməsi və hər iki ölkənin mənafeyinə xidmət edən əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etməklə yanaşı, iki qardaş ölkənin siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaradır.
Araz Əsədov;
Neftçala rayonu, müəllim