Pressa.az » Ölkə » “Azərbaycan Françayzinq Assosiasiyası” ilə Böyük Britaniyanın “Grem Capital Limited” şirkəti arasında strateji tərəfdaşlığa dair Saziş imzalanıb

“Azərbaycan Françayzinq Assosiasiyası” ilə Böyük Britaniyanın “Grem Capital Limited” şirkəti arasında strateji tərəfdaşlığa dair Saziş imzalanıb

16 iyul 2024, Çərşənbə axşamı, 18:17
“Azərbaycan Françayzinq Assosiasiyası” ilə Böyük Britaniyanın “Grem Capital Limited” şirkəti arasında strateji tərəfdaşlığa dair Saziş imzalanıb

“Azərbaycan Françayzinq Assosiasiyası” ilə Böyük Britaniyanın “Grem Capital Limited” şirkəti arasıda strateji tərəfdaşlığa dair Sazişin imzalanma mərasimi keçirilib.  

“Azərbaycan Françayzinq Assosiasiyası” İdarə Heyətinin sədri Camid Mövsümov “Grem Capital Limited” şirkətinin rəhbəri Telman Abbasov tərəfindən imzalanmış memorandum təşkilatlar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi prosesində birgə fəaliyyət kimi məsələləri özündə ehtiva edir.

Məlumat verilib ki, “Azərbaycan Françayzinq Assosiasiyası” 30 iyun 2022-ci il tarixindən etibarən fəaliyyət göstərir. Assosiasiyanın əsas fəaliyyət məqsədi ölkə markalarının xaricə daşınması və xarici markaların ölkədə fəaliyyətinin təşkilidir. Bu illər ərzində assosiasiya ölkədə “Zəfər İnvestisiya Yürüşü”, “Türk Dövlətlər İqtisadi Forumu”, “Türk Maliyyə Liderlər Zirvəsi” kimi tədbirlər təşkil edib. “Made in Turan” markasının yaradıcısıdır.

Qeyd olunub ki, “Grem Capital Limited” şirkəti 2022-ci ildə yaradılıb. Şirkət daşınmaz əmlak satışı, əmlak invesitisiyaları, blokçeyn texnologiyaları sahələrində fəaliyyət göstərir. “Grem Capital Limited” şirkətinin əsas məqsədlərindən biri dünya əmlak brokerlərini birləşdirən platformaya çevrilməkdir. Hal-hazırda platformada 120 ölkədən 1000 üzəri broker qeydiyyatdan keçmişdir.

Qeyd edək ki, bu görüş “Azərbaycan Françayzinq Assosiasiyası”nın vasitəçiliyi ilə baş tutub. Assosiasiyanın əsas fəaliyyət məqsədi ölkə markalarının xaricə daşınması və xarici markaların ölkədə fəaliyyətinin təşkilidir. Assosiasiya 2022-ci ilin 30 iyun tarixindən fəaliyyət göstərir.

Tədbirin sonunda “Azərbaycan Françayzinq Assosiasiyası” ilə “Grem Capital Limited” şirkəti arasıda strateji tərəfdaşlığa dair Saziş imzalanıb.