Pressa.az » Ölkə » Bakı Təşəbbüs Qrupundan mühüm addım: "Bəzi ölkələrin gənclərinə təqaüd veriləcək"

Bakı Təşəbbüs Qrupundan mühüm addım: "Bəzi ölkələrin gənclərinə təqaüd veriləcək"

17 iyul 2024, Çərşənbə, 11:09
Bakı Təşəbbüs Qrupundan mühüm addım: "Bəzi ölkələrin gənclərinə təqaüd veriləcək"

"Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik siyasəti ilə mübarizə aparan ölkələrin gənclərinə təqaüd verəcək".

Liderxeber.az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin Bakıda Birinci Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu ildən etibarən Bakı Təşəbbüs Qrupu bu ölkələrin Azərbaycanda təhsil almaq istəyən gənclərinə təqaüd verəcək.

A.Abbasov əlavə edib ki, eləcə də, Bakı Təşəbbüs Qrupunun COP29 çərçivəsində kolonializm tarixi barədə sərgisi baş tutacaq.