Pressa.az » Ölkə » Faiq Xudayev: Deputatlığa namizədliyimin irəli sürülməsi mənim üçün çox qürurvericidir

Faiq Xudayev: Deputatlığa namizədliyimin irəli sürülməsi mənim üçün çox qürurvericidir

20 iyul 2024, Şənbə, 14:38
Faiq Xudayev: Deputatlığa namizədliyimin irəli sürülməsi mənim üçün çox qürurvericidir

"49 saylı Abşeron ikinci seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizədliyimin irəli sürülməsi mənim üçün çox qürurvericidir".

Liderxeber.az xəbər verir ki, bunu 49 saylı Abşeron ikinci seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizədliyi irəli sürülən Faiq Xudayev deyib.

"Bu yüksək etimada görə Yeni Azərbaycan Partiyasının sədri, Cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Cənab Prezidentin uzun illər apardığı qətiyyətli siyasəti nəticəsində Qarabağ məsələsi həll olundu. Yaxın zamanlarda Müzəffər Ali Baş Komandanımız, Cənab Prezidentin siyasi iradəsi ilə Qərbi Azərbacandan olan həmvətənlərimiz öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bütün namizədlərə uğurlar arzulayıram" - o qeyd edib.