Pressa.az » Ölkə » Bakıda minik avtomobili dəmir maneəyə çırpılaraq yanıb

Bakıda minik avtomobili dəmir maneəyə çırpılaraq yanıb

22 iyul 2024, Bazar ertəsi, 10:44
Bakıda minik avtomobili dəmir maneəyə çırpılaraq yanıb

Bakı şəhərinin Xətai rayonunda "Hyundai" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dəmir maneəyə çırpılıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nəticədə avtomobilin mühərrik hissəsi qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.