Pressa.az » Ölkə » Azərbaycanda 15 sığorta agentinin lisenziyasının qüvvəsi bərpa edilib

Azərbaycanda 15 sığorta agentinin lisenziyasının qüvvəsi bərpa edilib

22 iyul 2024, Bazar ertəsi, 11:00
Azərbaycanda 15 sığorta agentinin lisenziyasının qüvvəsi bərpa edilib

Azərbaycan Mərkəzi Bankı 15 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.

Liderxeber.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərar iyulun 19-da "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.