Pressa.az » Ölkə » Sabah yağış intensivləşəcək

Sabah yağış intensivləşəcək

25 iyul 2024, Cümə axşamı, 15:42
Sabah yağış intensivləşəcək

İyulun 26-da Azərbaycanın bəzi yerlərində yağış yağacağı gözlənilir.

Bu barədə Liderxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti olacaq.

Oxşar Xəbərlər:

Bayram günlərində bölgələrdə qar yağacaq
19 mart 2024, Çərşənbə axşamı
Bayram günlərində bölgələrdə qar yağacaq
Sabah arabir yağış yağacaq
23 iyul 2024, Çərşənbə axşamı
Sabah arabir yağış yağacaq
Sabah yağış yağacaq, şimşək çaxacaq
24 iyul 2024, Çərşənbə
Sabah yağış yağacaq, şimşək çaxacaq
Sabahın hava proqnozu
16 noyabr 2023, Cümə axşamı
Sabahın hava proqnozu