Pressa.az » Ölkə » "Dəmir yumruq" xəbərdarlığı

"Dəmir yumruq" xəbərdarlığı

27 iyul 2024, Şənbə, 12:19
"Dəmir yumruq" xəbərdarlığı

Qərb dövlətlərinin Ermənistanı silahlandırmasının bölgədəki vəziyyəti gərginləşdirəcəyi ilə bağlı Azərbaycanın rəsmi xəbərdarlıqları özünü doğrultmaqdadır. Göründüyü kimi, "özünümüdafiə silahları" artıq Azərbaycan sərhədləri və suveren ərazilərinə doğru istiqamətlənir. Hələlik insidentlər genişmiqyaslı olmasa da, yaşananların daha böyük təhdidlərin carçısı olduğunu söyləyə bilərik.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Sərt xəbərdarlıq

Rəsmi qurumlarımız da bu təhdidləri görür və müvafiq reaksiyasını verirlər. Azərbaycan Müdafiə Nazirliyinin sərhəddə yaşanan təxribatlarla bağlı son açıqlaması özünün üslubu, sərtlik tonu və ünvanlılıq baxımından əvvəlki bəyanatlardan olduqca fərqlənir. Nazirliyin bəyanatında da qeyd olunur ki, son günlər Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi barədə məlumatlar qeydə alınıb.