Pressa.az » Ölkə » Faiq Xudayev Qərbi Azərbaycan İcması tərəfindən təltif edilib

Faiq Xudayev Qərbi Azərbaycan İcması tərəfindən təltif edilib

31 iyul 2024, Çərşənbə, 17:28
Faiq Xudayev Qərbi Azərbaycan İcması tərəfindən təltif edilib

Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, Paşalı rayon icmasının sədri Faiq Xudayev təltif edilib

Liderxeber.az xəbər verir ki, bu barədə Faiq Xudayev öz hesabında məlumat verib.

"Qərbi Azərbaycan İcmasının strateji məqsədlərinin həyata keçirilməsi, Qərbi Azərbaycanlıların təşkilatlanması, Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində göstərdiyim xidmətlərimə görə Fəxri Fərmanla təltif olunduğum üçün Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Cənab Əziz Ələkbərli başda olmaqla bütün kollektivə dərin təşəkkürümü bildirirəm. Göstərdiyimiz fəaliyyətə görə təqdim olunan bu Fəxri Fərman təkcə mənim üçün deyil, eyni zamanda bütövlükdə Dərələyəz İcmasına göstərilən diqqət və qayğının nəticəsidir", deyə F.Xudayev qeyd edib.