Azərbaycana turist axını 31 % artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 1 milyon 502 min 695 xarici vətəndaş səfər edib.
Liderxeber.az bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31 % çoxdur. Təkcə iyul ayında ayında ölkəyə 271 591 nəfər gəlib. Bu da ötənilki göstəriciyə nisbətən 21 % çoxdur.
Ötən ay Azərbaycana ən çox turist 78 140 nəfər olmaqla Rusiyadan gəlib. İkinci yerdə Türkiyə (34 719 nəfər), üçüncü yerdə isə Səudiyyə Ərəbistanı (24 255 nəfər) qərarlaşıb.
Bu dövrdə Hindistandan 20,1 min, İrandan 17,9 min, Qazaxıstandan 10,7 min, Pakistandan 9,8 min, Gürcüstandan 9,1 min, Omandan 5,5 min, BƏƏ-dən 5,4 min, Çindən 5,2 min, İsraildən 4,9 min, Küveytdən 4,1 min, Özbəkistandan 4,1 min, Ukraynadan 3,3 min turist gəlib.