Mehriban Zəkinin səhhəti ilə bağlı vəziyyəti açıqlanıb
Xalq artisti Mehriban Zəkinin səhhəti ilə bağlı son vəziyyəti açıqlanıb.
Bu barədə aktrisanın yaxınları məlumat verib.
Qeyd olunub ki, hazırda onun vəziyyəti stabildir.
Xatırladaq ki, dünən Saray yolunda baş vermiş qəzada Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki isə xəsarət alıb.
Axşam saatlarında TƏBİB-in yaydığı məlumata əsasən, Xalq artisti Mehriban Zəki və Dilarə Əliyeva Sumqayıtdan Bakıda yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunublar.
Oxşar Xəbərlər:
23 mart 2023, Cümə axşamı
Mehriban Zəkinin vəziyyəti Mədəniyyət Nazirliyi tərəfindən nəzarətə götürülüb
28 fevral 2023, Çərşənbə axşamı
İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı 115-ə çatdırılıb - SİYAHI