Pressa.az » Ölkə » Sabah bəzi bölgələrdə külək güclənəcək

Sabah bəzi bölgələrdə külək güclənəcək

14 avqust 2024, Çərşənbə, 11:42
Sabah bəzi bölgələrdə külək güclənəcək

Avqustun 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Liderxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Şabran, Siyəzən, Şamaxı, Qobustan, Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Gəncə, Goranboy, Daşkəsən, Göygöl, Cəbrayıl, Salyan, Şirvan, Biləsuvar, Neftçala, Cəlilabad, Naxçıvan, Ordubad və Culfada fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.