Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu

Avqustun 18-i saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Liderxeber.az-a Müdafiə Nazirliyindən bildirilib.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Oxşar Xəbərlər:

12 may 2023, Cümə
Ermənilər Azərbaycan Ordusunun sərhəddə və Tərtər, Xocalı, Şuşadakı mövqelərini atəşə tutub

11 iyul 2023, Çərşənbə axşamı
MN: "Naxçıvan, Xocalı və Xocavənd istiqamətlərində mövqelərimiz atəşə tutulub"