Pressa.az » Ölkə » Hava ilə bağlı xəbərdarlıq

Hava ilə bağlı xəbərdarlıq

20 avqust 2024, Çərşənbə axşamı, 09:40
Hava ilə bağlı xəbərdarlıq

Avqustun 20-si gündüz əsasən dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Liderxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı ehtimalı var.