Pressa.az » Ölkə » Məzahir Pənahov: Beynəlxalq qurumların seçkilərə hazırlıqla bağlı heç bir iradı olmayıb

Məzahir Pənahov: Beynəlxalq qurumların seçkilərə hazırlıqla bağlı heç bir iradı olmayıb

27 avqust 2024, Çərşənbə axşamı, 13:17
Məzahir Pənahov: Beynəlxalq qurumların seçkilərə hazırlıqla bağlı heç bir iradı olmayıb

Beynəlxalq qurumların seçkilərə hazırlıqla bağlı heç bir iradı olmayıb.

Bu barədə Liderxeber.azn sualını cavablandıran Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, seçkilərdə təhlükəsizliyin təmin olunması və qanunvericiliyin tələblərinə riayət edilməsi ciddi həyata keçirilib: "Bütün dairə və məntəqələrə verilən inzibati binalar tələblərə uyğundur. Azad olunmuş ərazilərdə də seçkinin yüksək səviyyədə baş tutması üçün hər cür şəraiti olan binalar seçilib. Tikililər yüksək standartlara cavab verir və bütün bölgələrə nümunədir".