Pressa.az » Ölkə » “140 mindən çox keçmiş məcburi köçkün torpağına qayıdacaq”

“140 mindən çox keçmiş məcburi köçkün torpağına qayıdacaq”

28 avqust 2024, Çərşənbə, 08:27
“140 mindən çox keçmiş məcburi köçkün torpağına qayıdacaq”

“44 günlük Vətən Müharibəsi Azərbaycan-Türkiyə münasibətlərinin dünyaya bənzərsiz nümayişi idi”.

Liderxeber.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

Nazir bildirib ki, bu ilin sonunadək Qarabağ bölgəsinə keçmiş məcburi köçkünlərin sırasından 20 mindən çox insanın geri dönməsi gözlənilir.

O qeyd edib ki, birinci mərhələ çərçivəsində 2026-cı ilin sonunadək bu sayın 140 mindən artıq olması gözlənilir.