Pressa.az » Ölkə » Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışında dünya çempionu olub

Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışında dünya çempionu olub

28 avqust 2024, Çərşənbə, 08:56
Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışında dünya çempionu olub

Robotexnika üzrə Azərbaycan milli komandası Hindistanın Yeni Dehli şəhərində gənclər və yeniyetmələr arasında keçirilən "Technoxian-2024” dünya robot çempionatının finalında ən yüksək nəticəni göstərərək dünya çempionu olub.

Bu barədə Liderxeber.az-a Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən bildirilib.

Ümumilikdə 8 komanda ilə mübarizə aparan milli komanda “RC Craft” kateqoriyası üzrə 1 qızıl, ”FPV Drone” və “Drone Soccer” kateqoriyaları üzrə isə 2 bürünc medalın sahibi olub. Ümumi ölkə sıralamasına görə Azərbaycan ən yüksək nəticə ilə dünya miqyasında birinci yeri tutub.