Pressa.az » Ölkə » Nazirlik əməkdaşlarına medal və vəsiqələr təqdim olundu - Fotolar

Nazirlik əməkdaşlarına medal və vəsiqələr təqdim olundu - Fotolar

28 avqust 2024, Çərşənbə, 16:17
Nazirlik əməkdaşlarına medal və vəsiqələr təqdim olundu - Fotolar

Prezident İlham Əliyevin 2024-cü il 24 iyun tarixli 171 nömrəli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına medal və vəsiqələr təqdim edilib.

Liderxeber.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, kənd təsərrüfatının daha da inkişafı məqsədilə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir.

Nazir bu gün aqrar sahədə əldə edilən uğurlar və nəticələrin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirildiyini deyib.

Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə ölkə başçısı tərəfindən daim böyük qayğı göstərildiyi, dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilən əməkdaşların dəyərləndirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, 24 iyun 2024-cü il tarixli Sərəncamla dövlət qulluqçularının təltif edilməsi onların əməyinə verilən yüksək dəyərdir.

Dövlət başçısının Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyi sistemində çalışan 9 nəfərin “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif etdiyini xatırladan nazir Məcnun Məmmədov göstərdiyi yüksək diqqət və qayğıya görə aqrar sektorda çalışan insanlar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Prezidentin imzaladığı sərəncamla təltif olunan Nazirlik əməkdaşları verdiyi dəyərə görə dövlət başçısına təşəkkür ediblər.

Sonra təltif olunmuş nazirlik əməkdaşlarına medal və vəsiqələr təqdim edilib.