Pressa.az » Ölkə » “See Breeze”də nələr olacaq? - Emin Ağalarov hesabat verdi - Video

“See Breeze”də nələr olacaq? - Emin Ağalarov hesabat verdi - Video

29 avqust 2024, Cümə axşamı, 10:01
“See Breeze”də nələr olacaq? - Emin Ağalarov hesabat verdi - Video

Xəbər verdiyimiz kimi, avqustun 28-i Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində yaradılan LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər.

“Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarova məxsus kurort şəhəri Xəzər dənizinin sahilində yerləşir. 500 hektardan artıq ərazidə salınan kompleksdə 1,5 milyon kv metrdən çox kommersiya obyekti və mənzillərdən ibarət daşınmaz əmlak satılıb və istifadəyə verilib.

Yaxın vaxtlarda ərazi daha da genişləndiriləcək, üç il ərzində 5 mln. kv. metrdən çox təşkil edəcək və 100 min daşınmaz əmlak obyekti tikilib istifadəyə veriləcək. Sakinlərin və turistlərin ümumi sayı 300 min nəfərə çatacaq, iş yerlərinin sayı isə 20 minə qədər artacaq. Hazırda burada 6560 nəfər işlə təmin olunub. Layihəyə qoyulan investisiyalar 7 milyard dollar təşkil edir.

E.Ağalarov dövlət başçısına görülən işlər, o cümlədən “Sea Breeze”in əsas layihələri - 231 şagird üçün nəzərdə tutulmuş “LANDAU School” Təhsil Kompleksinin “Sea Breeze”dəki məktəbi və 450 şagird üçün nəzərdə tutulmuş “SABAH.school” barədə məlumat verib.