Pressa.az » Ölkə » Azərbaycanda seçki günü 38 dərəcə isti olacaq

Azərbaycanda seçki günü 38 dərəcə isti olacaq

31 avqust 2024, Şənbə, 11:56
Azərbaycanda seçki günü 38 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 1-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacaq.