Banqkok-Vyana reysini yerinə yetirən təyyarə Bakıda təcili eniş edib: sərnişinin həyatını xilas etmək mümkün olmayıb
Banqkok-Vyana reysini yerinə yetirən Tayvanın “Eva Airways” aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Bu barədə Liderxeber.az Aeroportun mətbuat xidmətinin məlumatına istinadən xəbər verir. Buna səbəb təyyarədəki sərnişinlərdən birinin səhhətinin kəskin şəkildə pisləşməsi olub.
“Boeing 787” təyyarəsi yerli vaxtla saat 06:49-da Bakı hava limanına enib.Tibbi personal tərəfindən sərnişinin nəbzinin olmadığını qeydə alınıb və dərhal zəruri yardım göstərilməyə başlanılıb. Lakin bütün səylərə baxmayaraq, təəssüf ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Heydər Əliyev Beynəlxalq Aeroportu mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
26 may 2023, Cümə
Heydər Əliyev Beynəlxalq Aeroportu “TAV Technologies” şirkəti ilə əməkdaşlığa başlayıb
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO