Pressa.az » Ölkə » Rüfət Hacıyev və digər məhbuslar səs verdi

Rüfət Hacıyev və digər məhbuslar səs verdi

01 sentyabr 2024, Bazar günü, 11:11
Rüfət Hacıyev və digər məhbuslar səs verdi

Penitensiar müəssisələrdə də növbədənkənar parlament seçkiləri keçirilir.

Liderxeber.az-ın məlumatına görə, Bakı İstintaq Təcridxanasında 29 saylı Səbail seçki dairəsinin üç məntəqəsi yaradılıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev də təcridxanada səsvermə hüququndan istifadə edib.

Xatırladaq ki, R. Hacıyev bu ilin yanvarında həbs olunub. O, külli miqdarda rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur. Onun işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Növbəti iclas sentyabrın 11-nə təyin edilib.