“Nizami” stansiyasında texniki nasazlıq - Sərnişinlər düşürüldü
Metronun “Nizami” stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülməklə qatar "Nərimanov" elektrik deposuna göndərilib.
Liderxeber.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, nəticədə, bu, "Nizami-Dərnəgül" sahəsində iki qatar arasında interval pozulmasına səbəb olub. Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib.
Xəttə dərhal ehtiyat qatar buraxılıb.