Nazir: "Bir neçə gündən sonra Türkiyə-Azərbaycan Universitetinin açılışı olacaq"
"Bir neçə gündən sonra Türkiyə-Azərbaycan Universitetinin açılışı olacaq".
Bunu Türkiyənin Kahramanmaraş şəhərində Heydər Əliyev adına ibtidai məktəbin açılışında iştirak edən elm və təhsil naziri Emin Əmrullayev "Report"un Ankara bürosuna açıqlamasında deyib.
Nazir bildirib ki, bir türk ailəsi olaraq daha da böyüməli və bunu təbliğ etməliyik:
"Türk dünyasının birliyi ideyası müəllimlər tərəfindən şagirdlərimizə veriləcək ən böyük töhfə olar. Türkiyə-Azərbaycan birliyinin güclənməsi üçün əlimizdən gələni etməliyik. Çünki birlikdə güclü olduğumuz təqdirdə bütün problemlərin öhdəsindən daha asan gələ bilərik".
E.Əmrullayev qeyd edib ki, Azərbaycanda gələn həftə fəaliyyətə başlayacaq Türkiyə-Azərbaycan Universiteti iki ölkə arasındakı əlaqələr üçün önəmli hadisə olacaq.
O, həmçinin Xankəndi şəhərində fəaliyyətə başlayacaq Qarabağ Universitetinin də açılış mərasiminin olacağını vurğulayıb: "İnanıram ki, bu universitet sadəcə Azərbaycanın deyil, eləcə də bütün türk dünyasının ali təhsil mərkəzinə çevriləcək".