Notariuslara yeni hüquq verilir
Notariuslara daha bir hüquq verilir.
Liderxəbər xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, notariuslar artıq kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsini və nizamnaməsini elektron informasiya sistemləri vasitəsilə elektron sorğu əsasında əldə edə biləcək.
Qüvvədə olan qanuna görə notariuslar yalnız kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar sorğu əsasında əldə edə bilir.
Oxşar Xəbərlər:
30 mart 2023, Cümə axşamı
Xarici ölkələrdə tərtib edilmiş sənədlərin notariuslarda qəbul edilməsi qaydası dəyişir
09 mart 2023, Cümə axşamı
Tikintinin yerləşdiyi torpaq üzərində mülkiyyət hüququnun əldə olunması asanlaşdırılır