Pressa.az » Ölkə » Sabah yağış yağacaq, şimşək çaxacaq

Sabah yağış yağacaq, şimşək çaxacaq

13 sentyabr 2024, Cümə, 13:13
Sabah yağış yağacaq, şimşək çaxacaq

Sentyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.