Pressa.az » Ölkə » Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum” işə başlayıb

Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum” işə başlayıb

18 sentyabr 2024, Çərşənbə, 11:00
Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum” işə başlayıb

Bakıda “Caspian Energy Club” və “Enermus” QSC-nin birgə təşkilatçılığı ilə 12-ci Beynəlxalq “Caspian Energy Forum” işə başlayıb.

Liderxeber.az xəbər verir ki, forumun əsas mövzuları “Əsrin müqaviləsi”nin 30 illiyi – iki dövrün arasında dayanıqlı keçidin təmin olunması, Azərbaycanda istehsal olunan “yaşıl enerji”nin Avropaya dayanıqlı nəqli, Orta Dəhliz üzərində yerləşən ölkələrin “yaşıl iqtisadiyyat”a keçidi və “Yaşıl Qarabağ”dır.

Məqsəd regionda olan davamlı inkişaf proseslərinin işıqlandırılması, Orta Dəhliz ölkələrinin “yaşıl dünya” naminə iqtisadiyyatında keçirilən islahatların pozitiv nəticələri, regionda “yaşıl” layihələrə investorların cəlb olunması, dövlət və özəl sektorlarda həyata keçirilən “yaşıl layihə"lərin beynəlxalq arenada tanıdılmasıdır.

Forumda Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı beyin mərkəzlərinin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri daxil olmaqla 500-dən çox nümayəndə, o cümlədən diplomatik və beynəlxalq missiyaların Azərbaycanda akkreditə olunmuş nümayəndələri iştirak edirlər.