Şeyxülislam XX Beynəlxalq Müsəlman Forumunda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri Müfti Şeyx Ravil Qaynutdinin dəvəti ilə sentyabrın 19-da Rusiya Federasiyasına səfər edəcək.
QMİ-nin mətbuat xidmətindən Liderxeber.az-a bildiriblər ki, səfərdə məqsəd sentyabrın 21-də Moskva şəhərində keçiriləcək “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq Müsəlman Forumunda iştirak etməkdir.
Budəfəki Forum Rusiya Müsəlmanları Ruhani İdarəsinin 30, Müfti Şeyx Ravil Qaynutdinin dini fəaliyyətinin 40 illiyinə həsr olunur. QMİ sədri A.Paşazadə Forumda məruzə ilə çıxış edəcək.
Şeyxülislam səfəri çərçivəsində Moskva və Bütün Rusiyanın Patriarxı Kirill ilə də görüşəcək.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
08 may 2023, Bazar ertəsi
Azərbaycandakı dini konfessiya rəhbərləri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı bəyanat yayıb