Gələn ay Azərbaycana 160 elektrik mühərrikli avtobus gətiriləcək
"İddialı layihələrdən biri də ictimai nəqliyyatın elektrikləşdirilməsidir".
Liderxeber.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Sıfır emissiyalı dəniz, yük logistikası və nəqliyyat " mövzusunda keçirilən paneldə deyib.
Nazir müavini bildirib ki, növbəti ay 160 belə avtobus gətiriləcək və təbii ki, növbəti aylarda bu rəqəm artacaq: "Həm dövlət, həm də özəl şirkətlər bu istiqamətdə işlər görür. Elektrik doldurma məntəqələrinin sayı da artacaq".
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO