Bəzi yerlərə leysan, Şahdağa qar yağıb
Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Bu barədə Liderxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, oktyabrın 3-ü saat 9:00-a olan məlumatına əsasən Şahdağın 3000 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.
Düşən yağıntının miqdarı Qrız, Gədəbəydə 10 mm, Tərtər, Şahdağda 8 mm, Göygöl, Şəki, Daşkəsəndə 7 mm, Ağdam, Balakən, Qəbələ, Qax, Quba, Qusarda 6 mm, Bərdə, Göyçay, Gəncə, Biləsuvar, Zaqatala, Tovuz, Şahbuzda 5 mm, Yevlax, Xınalıq, Altıağac, Şəmkir, Zərdab, Qobustan, Mingəçevir, Beyləqan, İsmayıllı, Xaltan, Sədərək, Naxçıvan, Naftalan, Ceyrançöl, Xaçmaz, Ağstafa, Oğuz, Ağsu, Goranboy, Şamaxı, Şabran, Kürdəmir, Sabirabad, Astarada 4 mm-dək,
Bakıda və Abşeron yarımadasında: Pirallahıda 8 mm, Bakıda 4 mm, Sumqayıt, Maştağa, Binə, Çilov Adasında 1 mm-dək olub.
Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi arabir Naftalanda 24 m/s, Goranboyda 23 m/s, Şahdağda arabir 20 m/s, Bərdədə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 21 m/s-dək güclənib.
Göygöl, Daşkəsən, Göyçay, Qusar, Qrız, Şəmkir, Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 26, Aran rayonlarında 25, dağlıq rayonlarda 17 dərəcəyədək isti qeydə alınıb.