Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirib
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirqurbanlı kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib. ⠀
⠀ ⠀⠀⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, qardaş Türkiyə Cümhuriyyətində 6 fevral 2023-cü ildə baş verən zəlzələ qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad olunub.
Həsənəbad İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Mirqurbanlı kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış edənlər “Cəmiyyətin gələcək tərəqqisi, indi gənclərimizə nəyi və necə öyrətməyimizdən aslıdır” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və təhsilin cəmiyyətin inkişafını şərtləndirən əsas amillərdən biri olduğunu, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə təhsilə göstərilən xüsusi diqqətdən, qayğıdan, gənclərimizin xaricdə təhsil almasından və bu istiqamətdə görülən işləri görüş iştirakçılarının diqqətinə çatdırıblar.
Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov 44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan və sentyabr ayının 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı Ümumilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ökədə bütün sahələrə göstərilən xüsusi diqqət və qayğı təhsil sahəsindədə özünü göstərdi. Bunun nəticəsi olaraq ölkə gəncləri xaricində təhsil alması, təhsil müəssisələrinin yeni modern üslubda qurulması və bu siyasi xəttin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirməsi haqqında məlumatlandırıb. RİH-in başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbulda ilk öncə vətəndaşlar rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər, özünəməşğulluq, məktəb təmiri, içməli su təminatı və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.