Dövlət Duması heyvanların sirkdə çıxış etməsinin qadağan edilməsi məsələsini nəzərdən keçirəcək
Rusiya Dövlət Duması noyabr ayında heyvanların sirk çıxışlarının qadağan edilməsini təklif edən qanun layihəsini nəzərdən keçirəcək.
Liderxeber.az xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının ekologiya komitəsinin birinci sədr müavini Vladimir Burmatov “RİA Novosti”yə deyib.
“Hesab edirik ki, problem düzgün qaldırılıb, lakin onu başqa cür həll etmək lazımdır, yəni onu ardıcıl şəkildə həll etmək, sirklərə qarşı tələbləri artırmaqla heyvanların saxlanma şəraitinə dair tələblərin daim artırılması lazımdır”, – Burmatov söyləyib.
Deputat qeyd edib ki, belə bir qanun layihəsinin qəbulu ciddi nəticələrə səbəb ola bilər.
Onun sözlərinə görə, bu, heyvanlar üçün reabilitasiya mərkəzlərinin həddindən artıq dolu olması ilə bağlıdır.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
09 sentyabr 2023, Şənbə
Fizioterapevt: Azərbaycanda fizioterapiya və tibbi reabilitasiya ixtisası təkmilləşdirilir