Pressa.az » Ölkə » Azərbaycan hotellərində noyabr üçün orta qiymət 4 dəfə artıb

Azərbaycan hotellərində noyabr üçün orta qiymət 4 dəfə artıb

17 oktyabr 2024, Cümə axşamı, 14:21
Azərbaycan hotellərində noyabr üçün orta qiymət 4 dəfə artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com vasitəsilə bir gecə qalmaq üçün orta qiymət 154,7 manat təşkil edib.

Liderxeber.az-ın Dövlət Turizm Agentliyinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24 % çoxdur.

Təkcə noyabr ayında, booking.com-da ölkə hotellərində bir gecə qalmaq üçün orta qiymət 406,2 manat olub ki, bu da bir il əvvələ nisbətən 4 dəfə çoxdur.

Müqayisə üçün, İstanbul hotellərində yanvar-noyabr aylarında orta qiymət 164,3 manat təşkil edib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 % azdır.

Gürcüstanda isə yanvar-noyabr aylarında hotellərdə bir gecə qalmaq üçün orta qiymət 132,3 manat olub (-10,2 %).