Azərbaycanda küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Bu barədə Liderxeber.az-a GHİM-in Mətbuat Xidmətindən məlumat verilib.
Xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb, şimal küləyi oktyabrın 19-u səhərə qədər davam edəcək. Küləyin sürətinin 18-23 m/s, arabir 25-27 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün isə 2-3 metrə, sonrakı inkişafda 4-6 metrə çatacağı proqnozlaşdırılır.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

20 iyun 2024, Cümə axşamı
"Dəniz nəqliyyatında insan resurları və gəmi heyətinin idarəolunması" mövzusunda konfrans keçirilib

25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

06 fevral 2024, Çərşənbə axşamı
Külək güclənib, qar yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.7 metrə çatıb - FAKTİKİ HAVA