Pressa.az » Ölkə » AZAL uçuş istiqamətlərinin sayını 62-yə çatdırmaq istəyir

AZAL uçuş istiqamətlərinin sayını 62-yə çatdırmaq istəyir

04 aprel 2023, Çərşənbə axşamı, 11:42
AZAL uçuş istiqamətlərinin sayını 62-yə çatdırmaq istəyir

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu il uçuş istiqamətlərinin sayını 62-yə çatdırmaq istəyir.

Liderxəbər xəbər verir ki, bunu aviaşirkətin I vitse-prezidenti Samir Rzayev bildirib.

O, həmçinin deyib ki, AZAL beynəlxalq aviaşirkətlərlə əməkdaşlıqda maraqlıdır.

“Hazırda bizim hava limanlarımızdan 30-a yaxın aviaşirkət istifadə edir. Qarşıdakı illərdə bu göstəricinin artacağını gözləyirik. Ölkəmizə aviareyslərin təşkili ilə bağlı xarici şirkətlərdən müraciətlər artıb. Bir neçə gün öncə "Hong Kong Airlines" müraciət etmişdi. Onlar Honkonqdan və Çinin bir sıra şəhərlərindən reyslər təşkil etmək istəyir. Biz həmçinin bir sıra onlayn platformalarla əməkdaşlıq edirik. AZAL olaraq Azərbaycan turizminin inkişafında maraqlıyıq və bunun üçün dəstəyimizi davam etdirəcəyik”, - deyə o qeyd edib.