Pressa.az » Ölkə » "Azərışıq" ASC-nin Cəbrayıl Elektrik Şəbəkəsinin rəisi yol qəzasında ölüb - YENİLƏNİB

"Azərışıq" ASC-nin Cəbrayıl Elektrik Şəbəkəsinin rəisi yol qəzasında ölüb - YENİLƏNİB

18 oktyabr 2024, Cümə, 11:24
"Azərışıq" ASC-nin Cəbrayıl Elektrik Şəbəkəsinin rəisi yol qəzasında ölüb - YENİLƏNİB

Cəbrayılda yol qəzasında ölən şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.

Liderxeber.az xəbər verir ki, qəzada həlak olan Ədalət Zeynalov "Azərışıq" ASC-nin Cəbrayıl Elektrik Şəbəkəsinin rəisidir.

11:09

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Liderxeber.az xəbər verir ki, hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb.

Sulduz Qəmbərzadənin idarə etdiyi "Ford" markalı avtomobil yolun kənarında dayanmış Ədalət Zeynalov idarə etdiyi "Niva" markalı avtomobilə çırpılıb. Nəticədə Ədalət Zeynalov hadisə yerində ölüb, "Ford"un sürücüsü xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı ölən Ədalət Zeynalov "Azərışıq" ASC-ın Cəbrayıl Elektrik Şəbəkəsinin rəisidir.