Pressa.az » Ölkə » Neftçalada ağacəkmə aksiyası keçirildi

Neftçalada ağacəkmə aksiyası keçirildi

18 oktyabr 2024, Cümə, 23:31
Neftçalada ağacəkmə aksiyası keçirildi

Neftçala rayonunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan silsilə tədbirlər keçirilir.

Tədbirlər çərçivəsində Neftçala rayonu ərazisindən keçən magistral avtomobil yollarının kənarlarında rayon icra hakimiyyəti tərəfindən payız mövsümündə ağacəkmə aksiyalarının keçirilməsinə start verilib.

Aksiyada Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in əməkdaşları, Yerli İnzibati Ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr, idarə, müəssisə və təşkilatların, Neftçala MKTB-in əməkdaşları, könüllülər, ictimaiyyət nümayəndələri iştirak edib.

Ələt-Astara magistral avtomobil yolunun kənarında 1200 ədəddən çox müxtəlif növ ağaclar əkilib, onlara aqrotexniki qulluq göstərilib.

“Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində payız mövsümündə rayon ərazisində yaşıllıqların artırılması məqsədilə 10 000 ədəd ağacın əkilməsi, abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.