Pressa.az » Ölkə » Heydər Əliyevin 100 illiyi yubiley medalı təsis ediləcək

Heydər Əliyevin 100 illiyi yubiley medalı təsis ediləcək

04 aprel 2023, Çərşənbə axşamı, 13:19
Heydər Əliyevin 100 illiyi yubiley medalı təsis ediləcək

Heydər Əliyevin 100 illiyi yubiley medalı təsis ediləcək.

Liderxəbər-in xəbərinə görə, bu barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.