Pressa.az » Ölkə » COP29 üçün avtobus parkının 50 %-i "Yaşıl avtobus"larla təchiz olunub

COP29 üçün avtobus parkının 50 %-i "Yaşıl avtobus"larla təchiz olunub

21 oktyabr 2024, Bazar ertəsi, 15:08
COP29 üçün avtobus parkının 50 %-i "Yaşıl avtobus"larla təchiz olunub

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üçün avtobus parkının 50 %-i "Yaşıl avtobus"larla təchiz olunub.

Liderxeber.az xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf Bakıda keçirilən "ESG hesabatlarının anlaşılması və təhlili ekoloji, sosial və korporativ idarəetmə" mövzusunda seminar çərçivəsində bildirib.

Onun sözlərinə görə, COP29 çərçivəsində nəqliyyatda dayanıqlılıq məsələləri nəzərə alınıb: "Avtomobil parkına isə 150-dən çox elektrikli avtomobil daxil edilib"

Bundan başqa, A.Nəcəf qeyd edib ki, COP29-a cəlb edilən bir sıra məhsullar təkrar istehsal ediləcək: "Bu layihə "Təmiz Şəhər" ASC ilə birlikdə icra edilir. COP29-un məqsədi ekoloji təsirləri minimuma endirmək və ictimai iştirakçılıqla yanaşı, həm də tədbirin bütün aspektləri çərçivəsində dayanıqlı həmrəyliyi tətbiq etməkdir".