Bakıda tuneli su basdı, maşınlar batdı
Bakıda ötən gün səhər saatlarında başlayan yağıntıların normadan artıq olması paytaxt yollarında avtomobillərin hərəkətini çətinləşdirib.
Liderxeber.az-ın məlumatına görə, yağan güclü yağışdan sonra Sabunçu rayonu ərazisində tuneli su basıb.
Bunun nəticəsində bir neçə avtomobil tunelin içində ilişərək qalıb. Əraziyə suyun çəkilməsi üçün Fövqəladə Hallar Nazirliyinin briqadası cəlb olunub.
Qeyd edək ki, normadan dəfələrlə artıq yağıntının şəhərin kanalizasiya sisteminin xaric edə biləcəyi miqdardan xeyli artıq olduğu bildirilib. Bununla bağlı ötən gün Bakı şəhər İcra Hakimiyyətində müşavirə keçirilib. Xüsusi riskli ərazilərdə fövqəladə halların baş verməməsi üçün qabaqlayıcı tədbirlər müəyyənləşdirilib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
29 fevral 2024, Cümə axşamı
Martda havanın temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir - AYLIQ PROQNOZ