Sumqayıt Tibb Mərkəzində ilk dəfə 7 yaşlı uşaq üzərində icra olunan bu əməliyyat uğurla başa çatıb

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Uşaq Xəstəxanasında ilk dəfə bud sümüyünün titan elastik millə sümükdaxili osteosintez əməliyyatı icra olunub.
Liderxeber.az xəbər verir ki, 7 yaşlı uşaq üzərində həyata keçirilən cərrahi əməliyyat Uşaq Xəstəxanasının travmatoloq-ortopedləri Rusif İsmayılov və Məharət Xasayev tərəfindən uğurla başa çatıb.
Qeyd edək ki, cərrahi əməliyyat icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanıb.
Hazırda əməliyyat olunan uşağın vəziyyəti stabil qiymətləndirilir və xəstəxananın müvafiq şöbəsində müalicəsi davam etdirilir.
Oxşar Xəbərlər:

27 oktyabr 2023, Cümə
Səhhətiylə bağlı pul yığmaq istəyənlərə müraciət – Bu xəstəliklərin müalicəsinin pulunu biz ödəyirik

28 fevral 2023, Çərşənbə axşamı
İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı 115-ə çatdırılıb - SİYAHI

07 iyun 2024, Cümə
Sumqayıt Tibb Mərkəzi: Bu ilin beş ay ərzində vətəndaşlara 2 milyon 300 minə yaxın xidmət göstərilib

19 iyul 2024, Cümə
"Sinir sistemi həftəsi" çərçivəsində 800-dən çox vətəndaşa 3 500-ə yaxın tibbi xidmət göstərilib - FOTOLAR

07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM