Pressa.az » Ölkə » BDYPİ-dən atmosferə normadan artıq zərərli maddələr buraxan avtomobil sürücülərinə ÇAĞIRIŞ

BDYPİ-dən atmosferə normadan artıq zərərli maddələr buraxan avtomobil sürücülərinə ÇAĞIRIŞ

23 oktyabr 2024, Çərşənbə, 11:25
BDYPİ-dən atmosferə normadan artıq zərərli maddələr buraxan avtomobil sürücülərinə ÇAĞIRIŞ

Hazırda respublika ərazisində həyata keçirilən "Təmiz hava" aylığı çərçivəsində nəzarət tədbirləri davam edir. Ağsu, Qobustan, Astara, Sumqayıt, Masallı, Gəncə, Beyləqanda təşkil olunan "Təmiz hava" aylığı çərçivəsində növbəti tədbirlər zamanı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən atmosferə normadan artıq zərərli maddələr buraxan avtomobil sürücüləri ilə maarifləndirmə xarakterli söhbətlər aparılıb.

Liderxeber.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.

Bildirilib ki, kobud qayda pozuntuları ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri, sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxsləri istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etməyə çağırır.