Pressa.az » Ölkə » Nazir müavini Azərbaycana gətiriləcək yeni nəqliyyat vasitələrinin anonsunu verdi

Nazir müavini Azərbaycana gətiriləcək yeni nəqliyyat vasitələrinin anonsunu verdi

23 oktyabr 2024, Çərşənbə, 15:03
Nazir müavini Azərbaycana gətiriləcək yeni nəqliyyat vasitələrinin anonsunu verdi

"Yaxın illərdə Azərbaycanın dəniz donanması 20-yə yaxın gəmi ilə yeniləcək".

Liderxeber.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov "Gələcək üçün dayanıqlı nəqliyyat" adlı tədbirdə deyib.

O qeyd edib ki, qarşıdakı aylarda "Azərbaycan Dəmir Yolları" QSC və "Bakı Metropoliteni" QSC yeni qatar və vaqonlarla təchiz ediləcəklər.

"Həmçinin, aviasiya parkının 30-dan çox müasir təyyarə ilə yenilənməsi görülən işlərin təzahürüdür".