Elektrikli avtomobillərin enerji doldurması üçün salınmış yolda maşın park etdilər
Bakıda elektrik mühərrikli avtomobillərin enerji doldurması üçün salınmış yeni parklanma yerlərindən bəzi nəqliyyat vasitələri parklanma məqsədilə istifadə edib.
Liderxeber.az xəbər verir ki, sözügedən hal Nizami küçəsində qeydə alınıb.
Xatırladaq ki, ötən gün sözügedən ərazidən parklanma məqsədilə istifadə edildikdə sürücülərin 20 AZN cərimə olunacağı ilə bağlı xəbər vermişdik.