Pressa.az » Ölkə » Gələn il Qəbələ Rayon Mərkəzi Xəstəxanasında yeni şöbələr açılacaq

Gələn il Qəbələ Rayon Mərkəzi Xəstəxanasında yeni şöbələr açılacaq

25 oktyabr 2024, Cümə, 16:04
Gələn il Qəbələ Rayon Mərkəzi Xəstəxanasında yeni şöbələr açılacaq

Növbəti ilin ilk aylarında Qəbələ Rayon Mərkəzi Xəstəxanasında travmatologiya və ortopediya şöbəsinin açılması nəzərdə tutulur.

Bunu açıqlamasında tibb müəssisəsinin direktoru Ceyhun Əhmədov deyib.

C.Əhmədov eyni zamanda il başa çatmamış xəstəxananın qarşısına qoyduğu digər hədəflər barədə də məlumat verib: "Cərrahi əməliyyat sayının artırılması, qastroenteroloji prosedur və əməliyyatların icrası, kardiologiya, nevrologiya və oftalmologiya şöbələrinin fəaliyyətə başlaması, eləcə də göz əməliyyatlarının icrası xəstəxananın əsas məqsədləridir".