Pressa.az » Ölkə » Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

05 aprel 2023, Çərşənbə, 12:52
Sabahın hava proqnozu açıqlanıb

Aprelin 6-na gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-4° isti, gündüz 4-7° isti olacaq.

Oxşar Xəbərlər:

Sabahın hava proqnozu
04 aprel 2023, Çərşənbə axşamı
Sabahın hava proqnozu
Sabaha olan hava proqnozu açıqlanıb
06 fevral 2023, Bazar ertəsi
Sabaha olan hava proqnozu açıqlanıb
Sabahın hava proqnozu
03 mart 2023, Cümə
Sabahın hava proqnozu