Məhəmməd Əbdülsalam: Müsəlman Ağsaqqalları Şurası Azərbaycanın iqlim təşəbbüslərini yüksək qiymətləndirir
Müsəlman Ağsaqqalları Şurası Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə təşəbbüslərini yüksək qiymətləndirir.
Liderxeber.az xəbər verir ki, bunu Şuranın sədri Məhəmməd Əbdülsalam Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində deyib.
“Azərbaycan bütün dinlərə və mədəniyyətlərə böyük hörmətlə yanaşıldığı bir ölkədir. Dini liderləri iqlim mövzusu ətrafında birləşdirən belə bir tədbirin məhz Azərbaycanda təşkilini rəmzi hesab edirəm. COP29 iqlim konfransı ərəfəsində dini liderlərin sammiti xüsusi əhəmiyyət kəsb edir”, - o qeyd edib.
M.Əbdülsalam Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə Dini Liderlərin Sammitinin məhsuldar olacağına əminliyini ifadə edib.
“Bu cür tədbirlər mütəmadi olaraq keçirilməlidir. İqlim dəyişikliyi təxirəsalınmaz tədbirlərin görülməsini tələb edən önəmli mövzudur və bu istiqamətdə birgə səylər vacibdir”, - o vurğulayıb.