Türkiyə vətəndaşı Bakıda itkin düşüb
Türkiyə vətəndaşı Bakıda itkin düşüb.
LiderXəbər xəbər verir ki, bu barədə qadının həyat yoldaşı polisə məlumat verib.
Belə ki, Türkiyə Respublikası vətəndaşı olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 123, mənzil 50 ünvanında müvəqqəti yaşayan 23.05.1987-ci il təvəllüdlü Yıldırım Sinan Süleyman oğlu ərizə ilə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edərək bildirmişdir ki, arvadı Türkiyə Respublikası vətəndaşı 19.07.1994-cü il təvəllüdlü Yanardağ Büşra Şevki qızı 04 aprel 2023-cü il tarixdə saat 22:00 radələrində birgə yaşadıqları evdən çıxaraq geri qayıtmamışdır.
Fakt üzrə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin təhqiqatçısı R.Qurbanov tərəfindən araşdırma aparılır.