Pressa.az » Ölkə » Media qurumlarının rəhbərləri və nümayəndələri COP29-a hazırlıqla bağlı yekun işlərlə tanış olublar

Media qurumlarının rəhbərləri və nümayəndələri COP29-a hazırlıqla bağlı yekun işlərlə tanış olublar

08 noyabr 2024, Cümə, 14:27
Media qurumlarının rəhbərləri və nümayəndələri COP29-a hazırlıqla bağlı yekun işlərlə tanış olublar

Media rəhbərləri və nümayəndələri noyabrın 8-də təşkil olunan mediatur zamanı COP29 konfransına hazırlıqla bağlı görülən yekun işlərlə tanış olublar.

Liderxeber.az xəbər verir ki, mediaturda Prezidentin köməkçisi Anar Ələkbərov, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, media nümayəndələri iştirak ediblər.

Media qurumlarının rəhbərləri və jurnalistlər konfransın keçiriləcəyi Bakı Stadionunun həm Mavi, həm də Yaşıl zonalarına baş çəkməklə tədbir məkanında yaradılmış infrastruktur, təmin edilən texnologiyalar, müxtəlif təyinatlı zona və məkanlarla tanış olublar. Qonaqlar konfransın gedişində media nümayəndələrinin səmərəli işinin təşkili üçün tələb olunan şəraitin yaradıldığı Media Mərkəzinə də baxış keçiriblər.

Qeyd edilib ki, tədbir məkanında 155 pavilyon var, pavilyonlarda çoxsaylı sərgilər nəzərdə tutulub.